Avropa Komissiyası Rusiya ilə ikitərəfli danışıqlardan imtina edib
Far.Az xəbər saytı

Avropa Komissiyası Rusiya ilə ikitərəfli danışıqlardan imtina edib


Avropa İttifaqı (Aİ) Avropa təhlükəsizliyi məsələləri üzrə Rusiya ilə ikitərəfli məsləhətləşmələr aparmaq niyyətində deyil və Ukrayna ətrafındakı vəziyyəti çoxtərəfli formatda müzakirə etməyə üstünlük verir.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Paula Pinyo Brüsseldə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Avropa tərəfi Moskvanın Rusiyaya nümayəndə heyəti göndərmək təklifindən xəbərdardır, lakin hələlik bir neçə tərəfin iştirakı ilə danışıqların təşkilinə diqqət yetirir.

"Biz bu dəvətdən xəbərdarıq, lakin biz diqqətimizi çoxtərəfli qaydada görüşlərə yönəltməyə davam edirik və yalnız bu formatda iştirak etməyə hazırıq", - Pinyo deyib.

O həmçinin qeyd edib ki, gələcək Avropa təhlükəsizlik arxitekturasının müzakirəsi yalnız Ukraynada atəşkəs əldə edildikdən sonra, eyni zamanda NATO və Avropa İttifaqı ölkələrinin iştirakı ilə mümkündür.

Noyabrın 19-da Rusiya Prezidenti Vladimir Putin Moskvanın diplomatik kanallar vasitəsilə Avropa ölkələrinə Rusiyaya səfər etməyi və regional təhlükəsizlik məsələləri üzrə öz mövqelərini bildirməyi təklif etdiyini bildirib. Onun sözlərinə görə, bundan sonra Rusiya tərəfi dialoqun gələcək formatını müəyyən etmək niyyətindədir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər