Məşhur türk serialı erkən FİNAL EDƏCƏK
Far.Az xəbər saytı

Məşhur türk serialı erkən FİNAL EDƏCƏK


Yay mövsümünə romantik komedi janrında iddialı giriş edən "İki Nəfərlik Otaq"(Çift Kişilik Oda) serialı gözlənilən marağı görmədiyindən 8-ci bölümdə final edəcək.

BAKU.WS xəbər verir ki, layihənin rejissoru Yusuf Pirhasan, ssenari müəllifi isə Ayşə Üner Kutludur. Serialda baş rolları Ulaş Tuna Astepe və Devrim Özkan canlandırırdı. Onların enerjili çıxışları və maraqlı süjet xətti ilə ekranlara damğa vuracağı düşünülürdü.

Koreya istehsalı "King the Land" serialından uyğunlaşdırılan layihə ilk bölümlərdən etibarən reytinqlərdə zəif nəticələr göstərdi. Göstəricilərdəki bu geriləmə isə serialın taleyini müəyyən edən əsas səbəb oldu.

Serialın heyətində Gözde Seda Altuner, Seren Şirince, Serkan Tınmaz, Gözde Türker, Eslem Akar, Onur Büyüktopçu, Hivda Zizan Alp, Eda Gürkaynak, Selçuk Borak, Batuhan Ekşi, Ayşe Tunaboylu və Levent Ülgen kimi tanınmış aktyorlar da yer alırdı.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
"Yaprak Dökümü"ndə ana və qızı oynayan aktrisalar arasındakı gərginliyin səbəbi nə idi?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər