Azərbaycanda ən çox boşanma halları Daşkəsəndədir - STATİSTİKA
Ötən il Azərbaycanda hər min nəfərə düşən boşanma halları ən çox Daşkəsən rayonunda, ən az isə Cəlilabadda qeydə alınıb.
Far.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən "Report"a bildirilib.
Qeyd olunub ki, 2024-cü ildə 21 min 384 boşanma qeydə alınıb.
Onlardan 6673-ü Bakı üzrə, 969-u Naxçıvan Muxtar Respublikası üzrə, 1945-i Abşeron-Xızı iqtisadi rayonu üzrə, 549-u Dağlıq Şirvan iqtisadi rayonu üzrə qeydə alınıb.
Həmçinin Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə cəmi 1540, Qarabağ iqtisadi rayonu üzrə 1591, Qazax-Tovuz iqisadi rayonu üzrə cəmi 1243, Quba-Xaçmaz iqtisadi rayonunda 943, Lənkəran-Astara iqtisadi rayonu üzrə isə 1375 nikah pozulub.
Bundan başqa, 1452 boşanma hadisəsi Mərkəzi Aran iqtisadi rayonunda, 843-ü Mil-Muğan iqtisadi rayonunda, 977-i Şəki-Zaqatala iqtisadi rayonunda, 766-ı Şərqi Zəngəzur iqtisadi rayonunda, 968-i Şirvan-Salyan iqtisadi rayonunda olub.
Əhalinin hər 1000 nəfərinə düşən boşanma sayına görə Bakının rayonları arasında ən çox boşanma Yasamalda (4),ən az Pirallahıda (1,8) qeydə alınıb.
Regionlara gəlincə, ən çox boşanma halları Daşkəsən (3,2) və Mingəçevirdə (3,1) qeydə alınıb.
Ən az nikah pozulma halları isə Yardımlı, Qax( 1,2), Lerik (1,1) və Cəlilabadda (1) olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
Səhiyyə Nazirliyi WUF13-lə bağlı görülən işləri açıqlayıb













