Azərbaycanla Ermənistan ikitərəfli formatda dialoqu davam etdirmək barədə RAZILIĞA GƏLİB
BƏƏ-nin Əbu-Dabi şəhərində iyulun 10-da Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin görüşün yekunlarına dair yaydığı məlumatda qeyd olunub.
Məlumata görə, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.
Bildirilib ki, sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.
Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.
Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə təşəkkür ediblər.
***14:21
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb.
Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, eyni zamanda daha yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi razılıq əldə edilib.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Səudiyyə Ərəbistanı Yaxın Şərq və İran arasında təcavüzkarlıq paktının imzalanmasını təklif edib
-
İbrahim Əzizi: ABŞ və İsrail İrana qarşı müharibədə istəyinə nail ola bilməyib
-
Əraqçi: İranla bağlı məsələlərin hərbi həlli yoxdur













