Tramp: İran son bir həftədə əvvəlki dövrlərlə müqayisədə daha çox raket və dron buraxıb
Far.Az xəbər saytı

Tramp: İran son bir həftədə əvvəlki dövrlərlə müqayisədə daha çox raket və dron buraxıb


ABŞ Prezidenti Donald Tramp İranın son bir həftə ərzində son bir ildən artıq müddətdəki istənilən digər analoji dövrlə müqayisədə daha çox raket və pilotsuz uçuş aparatı (PUA) buraxdığını bildirib.

"Report" xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Ötən həftə İran son bir ildən artıq müddətdəki istənilən digər dövrlə müqayisədə daha çox dron və raket buraxıb. Onların hamısı vurulub, heç bir zərər qeydə alınmayıb", – Tramp iddia edib.

ABŞ Prezidenti İranın hücumlarının intensivləşməsini Konqresə keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının qələbəsi ilə əlaqələndirib: "İran liderləri demokratları zəif, səmərəsiz və ölkəni dağıdan qüvvə hesab edirlər, lakin mən buna imkan verməyəcəyəm".

Xatırladaq ki, ABŞ-da aralıq seçkilər noyabrın 3-də keçirilib. Nəticələrə əsasən, demokratlar Konqresin hər iki palatasında çoxluğu əldə ediblər. Yeni tərkib 2027-ci ilin yanvarında fəaliyyətə başlayacaq.

Oxşar xəbərlər

Demokratlar Nümayəndələr Palatasında çoxluğu qazanırlar - Yenilənib-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər