Cennifer Lopez doğum gününü Antalyada qeyd edəcək – mağara otaqlı villada qalacaq
Dünyaca məşhur amerikalı pop ulduzu Cennifer Lopez 6 illik fasilədən sonra 23 iyulda Antalyada konsert verəcək. Səhnə şousu ilə yanaşı, sənətçi doğum gününü də həmin konsertdə qeyd etməyə hazırlaşır.
Far.Az xəbər verir ki, Cennifer Lopez Antalyada yerləşən Regnum Carya otelində yerləşəcək. O, burada "Crown Villa" adlı üçmərtəbəli xüsusi villada – "The Cave" (Mağara) adlı otaqda qalacaq. Bu villa 3 500 kvadratmetr sahəyə malikdir və 14 nəfərlik qonaq qəbul edə bilir. Burada 8 yataq otağı, 6 geyim otağı, sauna, hovuzüstü bar, kinoteatr, xüsusi şömine və SPA zonası var.
Məlumata görə, mağara otağında istirahət və iş otaqları, playstation otağı, vanna otağı, qaranlıq və tül pərdələr, tam təchiz olunmuş mətbəx, yemək otağı, taxta döşəmə, kamin də var. Otel Cennifer Lopez üçün adının baş hərfləri ilə bəzədilmiş xüsusi bornoz və yataq dəsti hazırlayıb.
Konsert üçün 85 nəfərlik heyətlə Türkiyəyə gələcək ulduz, səhnədə 42 nəfərlik texniki komanda və 50 rəqqas ilə birlikdə çıxış edəcək. O, 35 mahnı ifa edəcək.
Cennifer Lopezin Antalyada verəcəyi konsert "Up All Night Live in 2025" adlı dünya turu çərçivəsində baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
-
Çempionlar Liqasında pley-offun cavab oyunları: "Fənərbağça" "Lion"a qarşı
-
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib
-
Bu il ADEX silah sərgisində ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə veriləcək
-
Ötən gün 25 nəfər saxlanılıb
-
Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq"













