Məhkəməlik oldular
Türkiyənin "Tims&B" şirkətinin istehsalı olan və baş rollarını Çağatay Ulusoyla Demet Özdemirin paylaşdığı "Eşref Rüya" serialı məhkəməlik olub.
Far.Az-in məlumatına görə, məşhur yazıçı Murat Menteş serialın ssenarisində özünə məxsus ideya və elementlərin icazəsiz şəkildə istifadə olunduğunu iddia edib.
Onun sözlərinə görə, bu yay çəkilişlərinə start verilən və baş rollarında Barış Arduç və Tuba Büyüküstünün çəkildiyi "Dehşet Bey" adlı filmdən bir sıra səhnələr "Eşref Rüya" serialına köçürülüb.
Menteş bildirib ki, "Dehşet Bey" filminin orijinal ssenarisi onun müəllifliyinə məxsusdur və bu əsərin serialda icazəsiz şəkildə uyğunlaşdırılması müəllif hüquqlarının pozulması anlamına gəlir. Bu səbəbdən yazıçı "Tims&B" şirkətinə və layihənin ssenari müəllifi Ethem Özışıka qarşı hüquqi prosedura başladığını açıqlayıb.
Hazırda məsələ ilə bağlı hüquqi proseslər davam edir və qarşı tərəfdən hələlik rəsmi açıqlama verilməyib.
Oxşar xəbərlər
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
"Eşref Rüya" serialı ilə bağlı YENİ QƏRAR
"Eşref Rüya" serialında SÜPRİZ
Əkrəm İmamoğlunun işçisi saxlanıldı - 4-cü dalğa əməliyyatı
2025-ci ilin ən BAHALI futbol klubları - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
Ənvər Qarqaş: BƏƏ ABŞ, İsrailin İranla münaqişəsinin diplomatik həlli üçün mübarizə aparır
-
Bu gün Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq













