Qızının atası Təranə ilə bağlı şikayətini geri götürüb
Far.Az xəbər saytı

Qızının atası Təranə ilə bağlı şikayətini geri götürüb


Musiqiçi Abbas Səfərov hazırda həbsxanada olan prodüser Təranə Səmədova ilə bağlı şikayətini geri götürüb. 

Far.Az "axşam.az"a istinadən xəbər verir ki, bu haqda müğənni Rəqsanə İsmayılova məlumat yayıb. O bildirib ki, onun istəyi ilə Abbas bu addımı atıb. 

"Təşəkkür edirəm ki, sözümü yerə salmadın. Təranə ilə danışmaya bilmərəm. Amma iki övlad ananın yanında olacaq. Bir qadını həbsdən çıxartmağımız mənim üçün böyük işdir" deyə, Rəqsanə deyib. 

Qeyd edək ki, Təranənin qızı Suel "Təsir dairəsi" verilişinə gələrək aparıcı Lalə Azərtaşdan anasının həbsdən çıxarılmasına yardım etməsini istəyib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il azadlıqdan məhrum edilib. Buna səbəb isə T.Səmədovanın qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rasim Həsənovla birgə Abbasın fotoşəkillərini əldə edib, onu yaymaqla hədələyib, pul alması olub. 

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər