Bakıda iri ticarət mərkəzlərində ən çox rast gəlinən NÖQSANLAR
İllik plan əsasında cari il ərzində Bakı şəhərində yerləşən ticarət mərkəzlərindən 50-dən artığında yoxlamalar həyata keçirilmiş, plan əsasında növbəti günlərdə digər ticarət mərkəzlərinin yoxlanılması nəzərdə tutulur.
Bu barədə Far.Az-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.
"Bakı şəhərində yerləşən ticarət mərkəzlərində sahibkarlıq fəaliyyətinin kütləvi təşkili, çoxsayda insanların eyni zamanda sözügedən obyektlərdə toplanması amilləri yüksək risk baxımından daim diqqət mərkəzində saxlanılır. Bu növ obyektlərdə sahibkarlıq fəaliyyəti həyata keçirildiyi üçün yanğın-texniki müayinələrin keçirilməsi "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş dövrlərdə həyata keçirilir", - deyə məlumatda qeyd olunub.
Qeyd olunub ki, yoxlamaların nəticələrinə gəldikdə isə müasir, tikinti norma və qadalarının tələbləri çərçivəsində yeni inşa olunmuş ticarət mərkəzləri istisna olmaqla digər obyektlərdə (bazar, yarmarka, uzun illər öncə istismara verilmiş iri ticarət obyektləri və s.) ən çox rast gəlinən pozuntular aşağıdakılardır:
Yanğından mühafizə sistemlərinin olmaması və ya nasaz vəziyyətdə saxlanılması
Daxili yanğın kranlarının quraşdırılmaması və ya istifadəyə yararsız olması
İlkin yanğınsöndürmə vasitələrinin çatışmazlığı, mövcud balonların müddətinin keçməsi
Elektrik və qaz təsərrüfatının profilaktik baxımdan yayınması
Qeyri-standart və nasaz istilik cihazlarının istifadəsi
Propan qaz balonlarından istifadə hallarının aşkarlanması
Yanğın hovuzları və hidrantların istifadəyə yararsız vəziyyətdə saxlanılması
Anbarlarda yanğın əleyhinə müdafiə sədlərinin olmaması
Havalandırma sistemlərinin işləməməsi və ya quraşdırılmaması
Yanar materiallardan piştaxta və arakəsmələrin istifadəsi ilə yanğın yükünün artırılması
Ticarət mallarının düzgün çeşidlənməməsi və təhlükəsiz məsafələrin gözlənilməməsi.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Lüks görünüş, antisanitar mətbəx: Bakı restoranlarının qaranlıq üzü
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib
-
"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 282 investor maraq göstərib
-
44 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərildi
-
Sizə də bu vitaminlərdən yazılıbsa İÇMƏYİN - Normadan aşağıdır













