Görkəmli arxeoloq Fazil Osmanovun 90 illik yubileyi qeyd edilib
Far.Az xəbər saytı

Görkəmli arxeoloq Fazil Osmanovun 90 illik yubileyi qeyd edilib


Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsi və "Arxeo" klubunun təşkilatçılığı ilə Azərbaycan arxeologiya elminin görkəmli nümayəndəsi, tarix elmləri namizədi, arxeoloq Fazil Lətif oğlu Osmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib.

"Far.Az" xəbər verir ki, "Muzeydə bir arxeoloqun mirası" adlı tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin müdiri Nasir Quluzadə açaraq Fazil Osmanovun həyat və elmi fəaliyyəti, eləcə də muzeyin arxeoloji kolleksiyasının zənginləşdirilməsində göstərdiyi mühüm xidmətlər haqqında məruzə ilə çıxış edib.

Alimin Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fonduna təhvil verdiyi arxeoloji materialların elmi və ekspozisiya əhəmiyyəti xüsusi vurğulanıb.

Daha sonra AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru professor Qafar Cəbiyev çıxış edərək alimin Şirvan arxeoloji məktəbinin formalaşmasındakı rolundan və onunla bağlı xatirələrindən bəhs edib.

Tədbirdə, həmçinin "Miras" İctimai Birliyinin sədri Fariz Xəlilli Fazil Osmanovun elmi irsinin ictimai əhəmiyyətindən danışıb, Numizmatika fondunun böyük elmi işçisi Aygün Məmmədova isə "Muzeydə qorunan mühüm numizmatik tapıntı: Nüydi sikkə dəfinəsi" mövzusunda məruzə ilə çıxış edib.

Tədbirin xatirə hissəsində Fazil Osmanovun oğlu Lətif Osmanov alimin şəxsi keyfiyyətləri və elmi fəaliyyəti ilə bağlı xatirələrini iştirakçılarla bölüşüb. Daha sonra Fazil Osmanovun keçmiş tələbəsi, hazırda Muzeyin "Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi" şöbəsinin elmi işçisi Ləman Məmmədova söz alaraq, müəllimi haqqında xoş xatirələrini tədbir iştirakçıları ilə paylaşıb.

Tədbirin sonunda Fazil Osmanovun Azərbaycan arxeologiya elminin inkişafında, xüsusilə Qafqaz Albaniyasının və Şirvan bölgəsinin antik dövr abidələrinin tədqiqində göstərdiyi xidmətlərin elmi əhəmiyyəti bir daha qeyd olunub, onun zəngin irsinin gələcək nəsillər üçün mühüm elmi mənbə olduğu vurğulanıb.

Xatırladaq ki, Fazil Osmanov 2016-cı ildə 80 yaşında vəfat edib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Bakıda Zəfər muzeyinin açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər