FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.
FHN-dən BAKU.WS-ə verilən xəbərə görə, tədbirdə Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi polkovnik Zaur Kərimov, FHN Akademiyasının rəisinin birinci müavini polkovnik Fuad Mehbalıyev, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev, Baş idarənin əməkdaşları və kursantlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisinin birinci müavini Fuad Mehbalıyev görüşün əhəmiyyətindən söz açıb, bu cür tədbirlərin kursantların hərtərəfli hazırlığına mühüm töhfə verdiyini vurğulayıb. Qeyd olunub ki, nəzəri biliklərin praktiki təcrübə ilə uzlaşdırılması təhsil prosesinin əsas prioritet istiqamətlərindən biridir və bu səpkili görüşlər kursantların xidmətə hazırlanmasında, peşəkar dünyagörüşünün və operativ qərarvermə bacarıqlarının formalaşmasında mühüm rol oynayır.
Daha sonra çıxış edən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi polkovnik Zaur Kərimov bildirib ki, sözügedən qurum FHN-in fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qüvvə və vasitələrin operativ idarə olunmasını həyata keçirən struktur qurumudur. O, Mərkəzin strukturu, iş prinsipləri, fəaliyyətində istifadə edilən müasir proqram təminatları, GIS (Coğrafi İnformasiya Sistemi), rabitə və monitorinq sistemləri, həmçinin "112" qaynar telefon xəttinin iş prinsipi barədə ətraflı məlumat verib.
İnteraktiv formatda keçirilən tədbir zamanı kursantlar fəallıq nümayiş etdirib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Futbolçuda xərçəng aşkarlandı - Həkim xəstəliyi "Xəyanətkar" adlandırdı
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
Sumqayıtda keçirilən WUF13 Festivalının ictimai proqramına altı mindən çox sakin qatılıb - YENİLƏNİB
-
"Real"ın prezidenti vəzifəsinə növbədənkənar seçkilər keçiriləcək
-
ABŞ HDQ-nin qərargah rəisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün şərti açıqlayıb
-
Azərbaycan və Pakistan qlobal gündəmə aid məsələləri müzakirə edib













