Universitet tələbələrinə qiymət qarşılığında əxlaqsız təkliflər edilir? - RƏSMİ AÇIQLAMA
Far.Az xəbər saytı

Universitet tələbələrinə qiymət qarşılığında əxlaqsız təkliflər edilir? - RƏSMİ AÇIQLAMA


Sosial şəbəkələrdə Naxçıvan Dövlət Universitetində bəzi dekanların tələbə qızlara əxlaqsız təkliflər etməsi ilə bağlı məlumatlar yayılıb.

Bildirilib ki, tələbələrə qiymət qarşılığında cinsi əlaqədə olmaq təklif edilib. Əlavə olaraq qeyd edilib ki, tələbələr baş verənləri lentə alaraq rektora təqdim ediblər. Lakin, bunun əvəzində onlar qısnamaya məruz qalıblar.

Məsələ ilə bağlı Oxu.Az-ın Universitetə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, yayılan məlumatlar əsassızdır:

"Universitetdə müəllim-tələbə münasibətlərində etik qaydalara və qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət olunur. İmtahan prosesi mərkəzləşdirilmiş qaydada, şəffaflıq prinsipləri əsasında təşkil olunur və qiymətləndirmə obyektiv aparılır".

Qeyd olunub ki, məsələ universitet rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb, araşdırma aparılıb və heç bir rəsmi şikayət və ya sübut aşkarlanmayıb:

"Aparılan yoxlamalar nəticəsində yayılan məlumatların heç bir əsasının olmadığı ortaya çıxıb. Artıq hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub və yalan məlumat yayan şəxslər barəsində qanuni tədbirlərin görülməsi üçün proses başlanılıb".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər