Çoxmərtəbəli binalarda yaşayanlar üçün VACİB XƏBƏR - Bundan sonra...
Yeni inşa edilən çoxmərtəbəli binalarda mərkəzi istilik sistemi tətbiq olunacaq.
"İstilik təchizatı haqqında" yeni qanuna əsasən çoxmənzilli binalarda fərdi kombi sistemlərinin quraşdırılması yalnız icazə əsasında mümkün olacaq.
Əsas məqsəd daha təhlükəsiz və qənaətli istilik infrastrukturunun qurulmasıdır.
Far.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənovun sözlərinə görə, "İstilik təchizatı haqqında" yeni qanunda əsas məqsəd mərkəzi istilik sistemlərinin inkişafına nail olmaqdır:
"Nəzərə alınmalıdır ki, fərdi istilik sistemlərində müəyyən qədər təhlükələr var. Bu, təbii qazdan yaranan partlayış, zəhərlənmə hallarıdır. Xərclərə gəldikdə isə, təbii ki, hər bir istehlakçı istifadə etdiyi qaza görə pul ödəyir. Amma bütün hallarda, fərdi sistemlərlə müqayisədə mərkəzi istilik sistemi daha qənaətcildir''.
İllərdir paytaxtda və böyük şəhərlərdə kombi sistemlərinə geniş keçid olsa da, bu proses heç də nəzarətli və planlı getməyib. Bir binada 20 mənzil kombidən istifadə edir, digərləri mərkəzləşdirilmiş sistemlə işləyir. Nəticədə, təzyiqdə fərqlər təchizatda qeyri-bərabərlik yaranır. Yeni qanun bu xaosu aradan qaldırmağı hədəfləyir.
İqtisadi baxımdan da bu keçid sərfəli hal hesab edilir. Çünki fərdi kombi sistemlərində qaz istehlakı yüksəkdir, xərclər və tariflər dəyişkəndir. Mərkəzləşdirilmiş istilik sistemi isə itkiləri azaldır, tariflərin sabit tənzimlənməsinə şərait yaradır.
Qiymətlər isə MTK-lar tərəfindən müəyyən ediləcək.
Ekspertlər hesab edir ki, bu sistem gələcəkdə digər binalara da şamil edilə bilər.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
ABŞ HDQ-nin qərargah rəisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün şərti açıqlayıb
-
"Mercedes-Benz" Berlindəki bütün avtosalonlarını kanadalı iş adamına satıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
"Fars": İran danışıqların bərpası üçün ABŞ-yə beş şərt irəli sürüb
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb













