WUF13 öncəsi "Bakı şəhərsalma həftəsi" təşkil ediləcək
Far.Az xəbər saytı

WUF13 öncəsi "Bakı şəhərsalma həftəsi" təşkil ediləcək


Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ərəfəsində "Bakı şəhərsalma həftəsi" təşkil olunacaq.

Bu barədə "Report"a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin müxtəlif məkanlarında eyni anda silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Ölkə səviyyəsində keçirilən Azərbaycan Şəhərsalma Kampaniyasının kulminasiya nöqtəsi olan "Bakı şəhərsalma həftəsi" dövlət qurumlarını, şəhərsalma mütəxəssislərini, akademik dairələri, mədəniyyət nümayəndələrini, gənc innovatorları və geniş ictimaiyyəti bir araya gətirəcək. Həftə çərçivəsində keçiriləcək tədbirlər şəhərin müxtəlif məkanlarını, o cümlədən, tarixi abidələri, mədəni irs nümunələrini və müasir şəhərsalma həllərinin tətbiq olunduğu məkanları əhatə edəcək.

Tədbirlər silsiləsi qlobal müzakirələrin Bakının unikal şəhərsalma kontekstinə uyğunlaşdırılmasını, eləcə də şəhər sakinləri və xarici qonaqların bu müzakirələrdə yaxından və fəal iştirak etmələri üçün imkanların yaradılmasını hədəfləyir.

Bakı şəhərsalma həftəsi geniş ictimaiyyət üçün açıq platforma kimi nəzərdə tutulmuşdur və dörd əsas istiqamət üzrə təşkil olunacaq.

"Fənlərarası Şəhər Dialoqu" çərçivəsində konfranslar, panel müzakirələri və ekspert görüşləri vasitəsilə yerli və beynəlxalq tərəfdaşlar arasında bilik və təcrübə mübadiləsi aparılacaq.

·"Urban İnnovasiya Laboratoriyası" innovativ ideyaların real şəhərsalma həllərinə çevrilməsinə dəstək verəcək.

"Urban Marşrutlar" istiqaməti tematik gəzinti marşrutları vasitəsilə Bakının inkişaf mərhələlərini əks etdirən məkanların kəşfini təmin edəcək.

"Urban Mədəniyyət və İncəsənət" istiqaməti isə şəhərsalma mövzularının incəsənət vasitəsilə ifadəsini təşviq edəcək.

"Bakı şəhərsalma həftəsi"nin proqramı, iştirak və qeydiyyat qaydaları barədə məlumatlarla linkə keçid etməklə tanış ola bilərsiniz.

"Bakı Şəhərsalma Həftəsi" müvafiq dövlət qurumları, akademik və tədqiqat institutlarının iştirakı ilə geniş institusional tərəfdaşlıq formatında həyata keçiriləcək.

Oxşar xəbərlər

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər