Azercell "GiqaAddım" ilə addımları internetə çevirir!
Daha çox addımla, daha çox internet qazan!
"Azercell Telekom" MMC ilk dəfə olaraq fiziki aktivliyi rəqəmsal mükafatlarla birləşdirən innovativ "GiqaAddım" kampaniyasına start verir. Təşəbbüs sağlam həyat tərzinin və gündəlik fiziki aktivliyin təşviqini hədəfləyir. İndi Azercell abunəçilərinə gündəlik atdıqları addımlar müqabilində mobil internet qazandırır.
Belə ki, "GiqaAddım" kampaniyası çərçivəsində mobil operator gün ərzində 10.000 addım atan abunəçilərinə 1GB internet hədiyyə edir. Bu hədəfə 7 gün ardıcıl çatan abunəçilərə isə 5GB internet təqdim edilir.
Kampaniya tamamilə rəqəmsal şəkildə "Azercell" mobil tətbiqi üzərindən idarə olunur. Kampaniyada iştirak etmək üçün abunəçilər "Azercell" mobil tətbiqini yeniləməli, daha sonra "İndi qoşul" bölməsi vasitəsilə cihazlarında "Sağlamlıq" tətbiqinə giriş icazəsi verməlidirlər. Abunəçilər atdıqları addımları və bonusları izləmək üçün mütəmadi olaraq Azercell tətbiqinə daxil olmalıdırlar.
Gündəlik və həftəlik hədəflər tamamlandıqdan sonra bonusları birbaşa tətbiq üzərindən aktiv etmək mümkündür. Qazanılmış internet paketləri aktivləşdirildiyi andan etibarən 24 saat müddətində etibarlı olacaq.
"GiqaAddım" kampaniyası fakturasız xətt üzrə "DigiMax" və "Premium+", fakturalı xətt üzrə isə "SuperSən" və "Premium" tarif abunəçiləri üçün təqdim olunur.
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan-Ermənistan sərhədində 3,9 maqnitudalı zəlzələ baş verib - YENİLƏNİB-2
-
Tramp: ABŞ Hörmüz boğazını minalardan tamamilə təmizləyib
-
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 132-yə çatıb - YENİLƏNİB-8
-
İsmayıl Bəqai: ABŞ-nin sanksiyaları İranı zəiflətməyəcək
-
Todd Blanş rəsmən ABŞ-nin ədliyyə naziri vəzifəsinin icrasına başlayıb
-
Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var













