"Su şəbəkələrinə qoşulma" işçi qrupunun növbəti iclası keçirilib
"Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Su şəbəkələrinə qoşulma" işçi qrupunun onlayn formatda növbəti iclası keçirilib.
BAKU.WS xəbər verir ki, Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış nitqi ilə çıxış edərək iclasın gündəliyi haqqında məlumat verib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov ötən müddət ərzində görülmüş işlər barədə danışıb.
Komissiya katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxışında su şəbəkələrinə qoşulması sahəsində işçi qrupunun il ərzində həyata keçirdiyi fəaliyyətləri yüksək qiymətləndirərək, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətlərə diqqət çəkib. V. Şıxəliyev ölkə başçısı tərəfindən imzalanmış Qanun və Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Qaydalardan irəli gələrək vətəndaşların su şəbəkəsinə 3 prosedur və 30 gün ərzində qoşulmasının tam mümkün olunduğunu vurğulayıb. Yeni islahatların Dünya Bankı Qrupuna təqdim edildiyini və "Su şəbəkəsinə qoşulma" sahəsində əhəmiyyətli irəliləyişlərin mümkünlüyünü diqqətə çatdıran komissiya katibliyinin rəhbəri qoşulma prosesində iştirak edən sahibkarlar arasında müstəqil ekspertlər tərəfindən sorğuların aparılması və maarifləndirmə işlərinin daha da genişləndirilməsinin məqsədəuyğun olduğunu bildirib.
Gündəliyə uyğun olaraq "Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası"nın tələblərinə əsasən cari dövr ərzində daxil olmuş müraciətlərin icra vəziyyəti barədə təqdimat iclas iştirakçılarının diqqətinə çatdırılıb və qoşulma proseslərinin icrası zamanı yarana biləcək çətinliklərin aradan qaldırılması mövzusunda müzakirələr edilib.
Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Kommunal xidmətlər (su təchizatı)" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinin təqdimatı olunub.
İclasda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul vəzifəli şəxsləri, işçi qrupuna üzv olan digər aidiyyəti qurumların nümayəndələri, müstəqil ekspertlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, "Caspian Energy Club"ın nümayəndələri və sahibkarlar iştirak edib.
Qalereya
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın işçi qrupunun geniş tərkibdə iclası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
Sumqayıtda keçirilən WUF13 Festivalının ictimai proqramına altı mindən çox sakin qatılıb - YENİLƏNİB
-
"Real"ın prezidenti vəzifəsinə növbədənkənar seçkilər keçiriləcək
-
ABŞ HDQ-nin qərargah rəisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün şərti açıqlayıb
-
Azərbaycan və Pakistan qlobal gündəmə aid məsələləri müzakirə edib
-
"Mercedes-Benz" Berlindəki bütün avtosalonlarını kanadalı iş adamına satıb













