Sumqayıtda keçirilən WUF13 Festivalının ictimai proqramına altı mindən çox sakin qatılıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Sumqayıtda keçirilən WUF13 Festivalının ictimai proqramına altı mindən çox sakin qatılıb - YENİLƏNİB


Mayın 12-də Sumqayıt şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.

"Far.Az"un yerli bürosunun məlumatına görə, festivalda Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.

6500-ə yaxın iştirakçı ilə Göyərçin parkında keçirilən interaktiv proqram çərçivəsində WUF13 və şəhərsalma mövzularına dair suallar əsasında müsabiqələr təşkil edilib. Düzgün cavab verən iştirakçılara hədiyyələr təqdim edilib.

Sumqayıtda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) həsr olunan festival proqramı böyük maraqla davam edir.

"Far.Az"un yerli bürosunun məlumatına görə, şəhər sakinləri və qonaqların qatıldığı tədbirin ictimai proqram hissəsi Nəsimi adına Mədəniyyət və İstirahət parkında təşkil olunub. Festival çərçivəsində müxtəlif yaş qrupları üçün əyləncəli və maarifləndirici proqramlar təqdim edilir.

Tədbirdə çıxış edən WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə forumun dünyada şəhərsalma sahəsində ən nüfuzlu platformalardan biri olduğunu bildirib.

O qeyd edib ki, festivalın əsas məqsədi ictimaiyyətin şəhərlərin gələcək inkişafı, müasir urbanizasiya çağırışları və dayanıqlı yaşayış mühiti barədə məlumatlandırılmasıdır.

Emin Hüseynzadə vurğulayıb ki, festival günlərində iştirakçılar üçün açıq hava proqramları, interaktiv zonalar, müxtəlif müsabiqələr və ictimai təqdimatlar hazırlanıb. Onun sözlərinə görə, təşkil olunan tədbirlər insanların həm maariflənməsinə, həm də asudə vaxtlarını səmərəli keçirməsinə imkan yaradır.

Festival proqramı çərçivəsində dayanıqlı şəhər modeli, ekoloji yanaşmalar, inklüziv mühitin formalaşdırılması, innovativ şəhər həlləri və gələcəyin urbanistik baxışları ilə bağlı geniş təqdimatlar keçirilir. Eyni zamanda ziyarətçilər müxtəlif oyunlar, yaradıcı fəaliyyətlər və ictimai müzakirələrdə iştirak edirlər.

Park ərazisində təşkil olunan tədbirlər şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, WUF13 Festivalının əsas məqsədi ictimaiyyətin şəhərsalma və urban inkişaf mövzularına diqqətini artırmaq, insanları gələcəyin şəhərləri barədə düşünməyə təşviq etməkdir.

Oxşar xəbərlər

WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb
Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər