AFFA "Futbol Təhsili Vebinarları" təşəbbüsünə start verib
AFFA tərəfindən "Futbol Təhsili Vebinarları"na start verilib.
Milli assosiasiyadan "Far.Az"a verilən məlumata görə, ilk vebinar "Uşaq və gənclərlə iş: İnkişaf mərhələləri" mövzusuna həsr olunub və 11 akademiyanı təmsil edən məşqçilər iştirak edib.
AFFA-nın baş katibinin müavini Elçin Məmmədovun açılış nitqi ilə başlanan tədbirə məşqçi mütəxəssis Sərxan Hüseynov rəhbərlik edib. İnteraktiv formatda keçirilən sessiyada iştirakçılar öz təcrübə və yanaşmalarını bölüşərək müzakirələrə fəal qatılıblar.
Vebinardan sonra iştirakçılar üçün müxtəlif yaş qrupları ilə iş zamanı istifadə oluna biləcək "Məşq Sessiyası Yoxlama Siyahısı" adlı elektron xatırlatma resursu təqdim olunub.
Bu yeni təşəbbüs futbol ekosistemində mövcud ehtiyaclar, klub və akademiyaların çağırışları, həmçinin futbol sahəsində bilik mübadiləsinin və peşəkar şəbəkələşmənin gücləndirilməsi məqsədilə həyata keçirilir. Eyni zamanda bu addım futbol sahəsində davamlı öyrənmə mühitinin formalaşdırılmasına, təcrübə paylaşımının təşviqinə və mütəxəssislərin davamlı peşəkar inkişafına dəstək verməyə yönəlib.
Əsas məqsəd müxtəlif istiqamətlər üzrə həm yerli, həm də xaricdə yaşayan azərbaycanlı futbol mütəxəssislərinin dəstəyi ilə aktual mövzular, yeni yanaşmalar və çağırışlar üzrə təcrübə paylaşımını təşviq etmək, futbol biliklərinin paylaşılması üçün davamlı platforma formalaşdırmaqdır.
İlk olaraq akademiyalarda fəaliyyət göstərən məşqçilər üçün uşaq və gənclərlə iş istiqamətində inkişaf mərhələləri, uşaq psixologiyası və təhlükəsiz mühit mövzularını əhatə edən vebinarların keçirilməsi nəzərdə tutulub.
Növbəti mərhələlərdə isə daha geniş hədəf auditoriyasını əhatə etməklə skautinq, istedadların müəyyənləşdirilməsi, idman psixologiyası, ilkin tibbi yardım, uşaq müdafiəsi, danışılmış oyunlarla mübarizə və digər aktual istiqamətlər üzrə vebinarların təşkili planlaşdırılır.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
Sumqayıtda keçirilən WUF13 Festivalının ictimai proqramına altı mindən çox sakin qatılıb - YENİLƏNİB
-
"Real"ın prezidenti vəzifəsinə növbədənkənar seçkilər keçiriləcək
-
ABŞ HDQ-nin qərargah rəisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün şərti açıqlayıb
-
Azərbaycan və Pakistan qlobal gündəmə aid məsələləri müzakirə edib
-
"Mercedes-Benz" Berlindəki bütün avtosalonlarını kanadalı iş adamına satıb













