Global Media Group-un Peşəkar Media Məktəbinin birinci mərhələsi uğurla başa çatıb
Far.Az xəbər saytı

Global Media Group-un Peşəkar Media Məktəbinin birinci mərhələsi uğurla başa çatıb


Global Media Group-un həyata keçirdiyi Media Akademiyası layihəsi çərçivəsində təşkil edilən Peşəkar Media Məktəbinin birinci mərhələsi uğurla başa çatdı.

3 ay davam edən intensiv təlim proqramı çərçivəsində iştirakçılar media sahəsinin müxtəlif istiqamətləri üzrə - jurnalistika, SMM, kontent istehsalı, video-montaj, operator işi, fotoqrafiya və digər sahələrdə nəzəri biliklər və praktiki bacarıqlar əldə etdilər.

Təlimlər təcrübəli mütəxəssislər tərəfindən keçirildi. İştirakçılar həm fərdi tapşırıqlar, həm də komandalar şəklində real layihələr üzərində işləyərək öyrəndiklərini tətbiq etmək imkanı qazandılar.

Tədris proqramını uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim olundu. Fərqlənən iştirakçılar təlim dövründə real iş mühitində təcrübə keçmək fürsəti əldə etdilər. Təlimləri başa vurduqdan sonra isə bir neçəsi media sahəsində iş fəaliyyətinə başlayıb.

Təlim iştirakçıları haqqında məlumatları nəzərinizə çatdırmaq istərdik.

Adı / Soyadı

Şirkət

Vəzifə

Nəticə

Gülnar Mahmudova

REPORT İNFORMASİYA AGENTLİYİ MMC

Təcrübəçi-Müxbir

İşə qəbul

Nigar Xəlilzadə

REPORT İNFORMASİYA AGENTLİYİ MMC

Təcrübəçi-SMM

Təcrübədir

Səbinə Əliyeva

GLOBAL PHOTO STOCK MMC

Təcrübəçi-Fotomüxbir

Təcrübədir

Səbiyyə Zayirova

   

Təhsil müddətindədir

Tural Xəlil

GLOBAL PHOTO STOCK MMC

Təcrübəçi-Fotomüxbir

İşə qəbul

Zarina Hüseynova

RƏQƏMSAL SƏHİYYƏ MƏRKƏZİ

 

Layihə koordinatoru

Zülfi Rzayev

MEDİA.AZ MMC

Təcrübəçi-Müxbir

Təcrübədir

Təlim müddətində peşəkar biliklərini paylaşdıqları üçün hər birinə təşəkkür edirik.

  1. "Media.Az" MMC – Direktor-Baş redaktor – Cəmilə Ələkbərova
  2. "Global Photo Stock" MMC – Direktor – Ramil Zeynalov
  3. "Global Management" MMC – Marketinq departamentinin rəhbəri – Laura Seyidbəyova
  4. "Baku TV" MMC – PR və Marketinq meneceri – Vüsal Bəkirov
  5. "Report İnformasiya Agentliyi" MMC – Redaktor – İsmayıl Rafiqoğlu
  6. "Global Management" MMC – İT menecer – Emin Qasımov

Qeyd edək ki, Peşəkar Media Məktəbinin növbəti mərhələləri üçün hazırlıqlar artıq başlayıb. Məqsəd yeni nəsil media peşəkarlarının yetişdirilməsi və onların bu sahədə dayanıqlı şəkildə inkişafına dəstək olmaqdır.

Oxşar xəbərlər

USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər