İlham Əliyev və Berdiməhəmmədov Şuşada Mehmandarovların malikanə kompleksində olublar
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Mehmandarovların malikanə kompleksində olublar.
BAKU.WS xəbər verir ki, qonağa böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaqdan ibarət kompleksin Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunduğu barədə məlumat verilib.
Bildirilib ki, Azərbaycanın zəngin memarlıq ənənələrinin nadir nümunələrindən biri olan Mehmandarovların malikanə kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. 2021-ci ilin oktyabrından etibarən kompleksdə, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Bu bulaq Prezident İlham Əliyev 2022-ci ilin sentyabrında kompleksdə bərpa işlərinin gedişi ilə tanış olarkən istifadəyə verilib.
2023-cü il mayın 9-da isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər. Bərpa işlərindən sonra malikanə kompleksində muzey ekspozisiyası da qurulub. "Qarabağ zadəganının evi" mövzusundakı ekspozisiya tərtib edilərkən XIX əsrin sonu-XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürülüb. Ekspozisiyanın tərtibatı zamanı 150-dən çox əntiq əşyadan istifadə edilib.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Türkmənistan liderinin səfəri – Azərbaycanla əlaqələrdə yeni mərhələ - ŞƏRH
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WUF13 zamanı Bakıda geniş nəqliyyat planı tətbiq olunacaq
-
"Tanjug": Azərbaycan dünyada ən çox palçıq vulkanına sahib ölkədir
-
Bakının bəzi küçələrində hərəkət istiqaməti dəyişdirilə bilər
-
Tramp neft qiymətlərinin kəskin ucuzlaşacağını proqnozlaşdırıb
-
Bakıda Azərbaycan-İtaliya biznes-forumunun keçirilməsi planlaşdırılır
-
Ağ Evdə Konqresə aralıq seçkilərində ehtimal olunan məğlubiyyətə hazırlaşırlar













