Hikmət Hacıyev: "Süni intellektin inkar edilməsi külək dəyirmanları ilə mübarizəni xatırladır"
"Texnologiyalara və innovasiyalara müqavimət Kopernik və ya Cordano Brunonun ideyalarına qarşı mübarizəni xatırladır".
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində bildirib.
"Bugünkü Şuşa Qlobal Media Forumu süni intellektə həsr olunub. Hər il biz ən vacib və aktual mövzuları seçməyə çalışırıq. Bu gün süni intellekt ətrafında müxtəlif müzakirələr gedir. Bu təhdiddir, yoxsa fürsət? Mən burada texnologiyalara qarşı mübarizəyə çağırmıram", - deyə H.Hacıyev bildirib.
Onun fikrincə, texnologiyalara, innovasiyaya və yeniliyə qarşı mübarizə Cordano Bruno və ya Kopernikin ideyalarına qarşı mübarizə ilə müqayisə edilə bilər.
"Başa düşürsünüz, yeni nəsillər də bizi buna görə tənqid edəcəklər. Onlar da bunu Cordano Bruno və digər mütəfəkkirlərin fikirlərinə qarşı mübarizə kimi qəbul edəcəklər - yel dəyirmanları ilə döyüş kimi. Eyni zamanda, gələcək nəsillər eyni vaxtda bizi nəzarət etmək mümkün olmayan və qeyri-müəyyənlik yaradan bir konsepsiyanın yaranmasına səbəb olduğumuz üçün qınayacaqlar", - deyə H.Hacıyev bildirib.
O vurğulayıb ki, süni intellekt, şübhəsiz ki, bir çox şeyi dəyişir: "O cümlədən dini inanclarımıza və baxışlarımıza münasibətimizi. "Həqiqət dəyişdi. Həqiqət doğrudan da nadir və dəyərli bir aktivdir ki, indi o da təhlükə altındadır", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində yanvar üçün qəbul cədvəli açıqlanıb
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində noyabr üçün qəbul cədvəli açıqlanıb
PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
PA-nın fevral ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













