Apteklərdə müayinə aparan bəzi oftalmoloqlar cəzalandırılacaqlar
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi apteklərdə lisenziyasız oftalmoloji müayinələrin aparılması ilə bağlı xəbərdarlıq edib.
Far.Az həmin müraciətə təqdim edir:
"Aptek təşkilatlarının nəzdində fəaliyyət göstərən optika şöbələrinin fəaliyyəti müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
Sözgedən təsisatların rəhbərləri və sahibkarlıq subyektləri həmin fəaliyyətin qanunvericiliyin tələblərinə uyğun təşkilini və bu tələblərə ciddi riayət olunmasını təmin etməlidirlər.
Apteklərdə optik məhsulların satışı ilə yanaşı, həkim-oftalmoloq tərəfindən tibbi xarakterli oftalmoloji müayinələrin aparılması özəl tibb fəaliyyəti çərçivəsində qiymətləndirilir və müvafiq lisenziya tələblərinə tabedir. Belə müayinələr yalnız qanunvericiliklə müəyyən edilmiş lisenziyalaşdırma, maddi-texniki və təşkilati tələblər yerinə yetirildikdə həyata keçirilə bilər. Müayinələrin aparıldığı yer də tətbiq olunan normativ tələblərə uyğun olmalıdır.
Müvafiq lisenziya olmadan və qanunvericiliklə müəyyən edilmiş zəruri şərtlər təmin edilmədən aptek təşkilatlarında lisenziyalaşdırılmalı olan oftalmoloji müayinələrin aparılması qəti yolverilməzdir. Həkim-oftalmoloqun aptekdə çalışması və ya müayinə xidmətinin hər hansı formada təşkil edilməsi qanunvericilikdə nəzərdə tutulmuş lisenziyalaşdırma tələblərini aradan qaldırmır.
Bununla əlaqədar aptek təşkilatlarının rəhbərlərinə, sahibkarlıq subyektlərinə və aidiyyəti şəxslərə ciddi xəbərdarlıq edilir ki, oftalmoloji müayinələrin təşkili və həyata keçirilməsi zamanı qanunvericiliyin bütün tətbiq olunan tələblərinə riayət edilməsi təmin olunmalıdır. Müvafiq lisenziya və tələb olunan şərait olmadan belə tibbi xidmətlərin göstərilməsinə yol verilməməlidir.
Xəbərdarlıq edirik ki, aptek təşkilatlarında müvafiq lisenziya olmadan özəl tibb fəaliyyətinin həyata keçirilməsi və ya digər məcburi tələblərin pozulması halları aşkar edildikdə həmin faktlar qanunvericiliyə uyğun qaydada araşdırılacaq, pozuntuya yol vermiş şəxslər və sahibkarlıq subyektləri barəsində səlahiyyətlər daxilində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir.
Bir daha diqqətə çatdırırıq ki, qanunvericiliyin tələblərinə riayət olunması məcburidir. Vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması, eləcə də göstərilən xidmətlərin qanunauyğun təşkili üçün aptek təşkilatlarının rəhbərləri və aidiyyəti sahibkarlıq subyektləri üzərlərinə düşən öhdəlikləri tam və vaxtında yerinə yetirməlidirlər".
Oxşar xəbərlər
Daşkəsəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində ödənişsiz tibbi müayinələr keçirilib
Xətai rayonunda imtiyazlı xəstələr üçün yeni aptek fəaliyyətə başlayıb
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













