Yeni tədris ili üçün peşə təhsilinə 32 min tələbənin qəbulu planlaşdırılır
2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsil müəssisəsində 152 ixtisas olmaqla 32 min 620 plan yeri üzrə aparılacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov brifinqdə çıxışında deyib.
O bildirib ki, peşə təhsili müəssisələrində son 10 ildə ilk dəfə plan yerlərinin sayı 30 mini ötür:
"Ayrılan plan yerlərində ötən ilki rəqəmlərlə müqayisədə 5,4% faiz artım var. Plan yerlərinin 75 faizi dövlət sifarişli, 25 faizi isə ödənişli əsaslarladır. Dövlət sifarişi yerlər əvvəlki illərlə müqayisədə artaraq 24 min 280-ə çatıb. Qəbul yerlərinin 60%-i regionlar, 40 %-i isə Bakı üçün nəzərdə tutulub. Ən çox yerli yer ayrılan aşpaz, dərzi, elektrik montyoru, manikür, bərbər-vizajist ixtisaslarıdır".
Direktor vurğulayıb ki, qadınların peşə təhsilində iştirakı 2021-ci ildə 29,6 faiz idisə, bu il həmin göstərici 40 faizə yüksəlib:
"Bir sıra mərkəzlərdə ilk dəfə qadın məzunların sayı 50 faizə çatıb. Məsələn, Lənkəran buna nümunədir. Son 5 ildə peşə təhsilinə maraq 71,5 faiz artıb".
O həmçinin qeyd edib ki, peşə təhsili müəssisələrinin qəbul planına 10 yeni ixtisas əlavə edilib:
"Yeni ixtisasların 5-i yüksək texniki, 5-i isə texniki peşələrdir. Yüksək texniki ixtisaslar rəqəmsal məzmun idarəçiliyi, mexatronika, istehsalatda rəqəmsal nəzarət sistemləri, tədbirlərin təşkili, satış və marketing, texniki ixtisaslar isə rəqəmsal inşaat, 3D oyun dizaynı, avtomobil daşımaları operatoru, qaz kəmərləri çilingəri və s. olacaq".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













