Ərdoğan Zəngəzur dəhlizi haqqında: Konsensus yolu ilə bu məsələni həll edə bilərik
Zəngəzur dəhlizinin açılması ticarəti canlandıracaq və konsensus yolu ilə bu məsələ həll edilə bilər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, bölgədəki digər ölkələrə də fayda verəcək.
"Biz bu yola geoiqtisadi ölçülərinə görə həlledici məsələ kimi baxırıq.
Belə ki, bu dəhliz bölgəmizin regiondan kənardakı əraziləri də birləşdirəcək və ticarəti canlandıracaq. Bizim əsas gözləntimiz ondan ibarətdir ki, bu yol münaqişə mənbəyinə deyil, konsensusun simvoluna çevrilsin",- Türkiyə Prezidenti əlavə edib.
R.T.Ərdoğan vurğulayıb ki, bununla da region əməkdaşlığın üstünlük təşkil etdiyi çiçəklənən məkana çevrilmə imkanı qazanar:
"İnanıram ki, biz region ölkələri olaraq konsensus yolu ilə bu məsələni həll edə bilərik. Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzura böyük önəm verir. O dəhlizin tez zamanda istifadəyə verilməsinin həm Azərbaycan, həm də region üçün istifadə etmək istəyir. İnanıram ki, biz bu məsələni birlikdə həll edəcəyik".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
İran və Rusiyanı üz-üzə qoyan Zəngəzur dəhlizi: Azərbaycanın "B" variantı - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













