Avtobus sürücüsü sükan arxasında pivə içib?
Far.Az xəbər saytı

Avtobus sürücüsü sükan arxasında pivə içib?


Avtobus sürücüsünün sükan arxasında spirtli içki içdiyi iddia olunur.

BAKU.WS xəbər verir ki, görüntülər vətəndaşlardan biri tərəfindən çəkilib və "Xəzər Xəbər"in vatsap qaynar xəttinə göndərilib.

Məlumata görə, videonu çəkən Tacəddin Cəfərov iddia edir ki, içilən maye pivə olub. Hadisə iyulun 20-də 183 nömrəli marşrut avtobusunda baş verib. Vətəndaş bununla bağlı iradlarını sürücüyə və ona pivə süzdüyü iddia edilən şəxsə də bildirib.

Məlum olub ki, video çəkilən vaxt sükan arxasında olan sürücü İlham Həbibov olub. Bu gün o, yenidən eyni marşrutda iş başında idi.

Həmin şəxs iddiaları təkzib edib:

"Bəli, onu mən içmişəm. O kvas idi, spirtli deyildi. Bir sərnişin verdi mənə, mən də içdim. Bu adam da baxdı, qışqırdı ki, guya pivədi". 

İlham Həbibovun sözlərinə görə, hadisədən sonra vətəndaş Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub. 30-cu polis bölməsində onun ifadəsi alınıb. 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, görüntülər araşdırılır. 

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər