Vüqar Rəhimzadə: Okamponun ifşası və ya Avropa strukturlarında kök salan korrupsiya...
Son illərdə Avropa institutlarında baş verən qalmaqallar artıq bu qurumlardakı struktur böhranını açıq şəkildə ortaya qoyur.
Xarici dövlətlərdən rüşvət alınması, qərarların lobbi sifarişi ilə qəbul edilməsi, siyasi mandatların kommersiyalaşdırılması Avropa siyasətinin iç üzünü ortaya qoyur.
Avropa diplomatiyasında baş verən böyük geosiyasi manipulyasiyalar, sanksiya siyasətinin selektiv tətbiqi, siyasi qərarların arxasında müxtəlif iqtisadi mərkəzlərin dayanması vaxtilə Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi olmuş Jozef Borrelin fəaliyyəti dövründə xüsusilə intensivləşmişdi. Qəbul edilən bir sıra strateji qərarlar Avropa xalqlarının maraqlarına deyil, gizli siyasi və maliyyə mərkəzlərinin tapşırıqlarına uyğun formalaşdırılırdı.
Ümumiyyətlə, Avropa İttifaqı qurumlarının çətirinin altında olan beynəlxalq təşkilatlar üçün xarakterik korrupsiya formaları kimi lobbiçilik və onun korrupsiyaya keçidini qeyd etmək lazımdır. Xüsusilə etnik lobbi qruplar, onlara məxsus kommersiya şirkətlərin və ya qrupların Aİ-nin qərar qəbuluna təsiri üçün axıtdıqları maliyyə diqqət çəkir.
Digər tərəfdən, çox böyük büdcələri olan təşkilatlar, fondlar, kənd təsərrüfatı subsidiyaları, satınalmalar və s. kimi əməliyyatlar zamanı korrupsiya halları da mövcuddur. Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru, korrupsiya və separatizmə dəstəyi ilə tanınan Luis Moreno Okamponun və oğlunun daxil olduğu növbəti ifşaedici kadrlar bu reallığı bir daha təsdiqlədi. Azərbaycana qarşı hər zaman qərəzli mövqe sərgiləyən keçmiş prokurorun həyat yolunda kifayət qədər qaranlıq və qalmaqallı məqamlar var.
BAKU.WS xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib. Milli Məclisin deputatı qeyd edib ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okampo və onun oğlu Tomasın ifşa olunan kadrları Avropa qurumlarında kök salmış siyasi korrupsiyaya işıq salır.
Keçmiş prokuror kadrlarda bildirir ki, erməni lobbisinin əsas məqsədi Ermənistanda baş nazir Paşinyanı devirməkdən ibarətdir.
Prokuror Avropa strukturlarının Ermənistanda əhalini kütləvi etirazlara səsləməklə yanaşı, Avropa Parlamentindəki adamları vasitəsilə Ermənistana siyasi təzyiqlər etmək üçün işlərin aparıldığını bildirir və diqqətə çatdırır ki, onun Avropa qurumlarında J. Borrel kimi adamı var.
Bu faktlar təsdiqləyir ki, bir çox dairələrdə lobbi maraqları və şəxsi mənfəət ədalət və humanizm dəyərlərinin yerini alıb. Adıçəkilən şəxslərin Azərbaycana qarşı təhdid və təzyiqlərinin əsl səbəbi fundamental insan hüquqları yox, tutduğu vəzifədən, qurduğu əlaqələrdən istifadə edərək dövlətlərarası münasibətlərə neqativ təsir göstərməklə, Avropa İttifaqı, onun parlamenti və digər beynəlxalq qurumlara təsir etməklə sərvət əldə etməkdir.
Vüqar Rəhimzadə vurğulayıb ki, tarixi Zəfərimizin yaratdığı reallıqlar, regionda sülhün təmin olunması, Azərbaycan və Ermənistan arasında danışıqlarda əldə edilən irəliləyişlər bəzi dairələri ciddi şəkildə narahat edir. Nikol Paşinyanın Qarabağın Ermənistana məxsus olmadığını, bu məsələnin erməniləri inkişafdan saxladığını bildirməsi həmin dairələri, erməni lobbisini Paşinyana qarşı hərəkətə gətirib.
Həmin qüvvələr yayda keçiriləcək seçkidən yararlanmağa, Ermənistanın daxili işlərinə qarışmağa cəhdlər edirlər. Onların məqsədi regionda münaqişə yaratmaq, sülh prosesini pozmaq və bununla da öz maraqlarını reallaşdırmaqdır.
Bunun üçün Okampo, Borrel kimi korrupsiyonerlərdən istifadə edirlər. İfşa olunan kadrlar bu şəxslərin əsl simalarını ortaya qoyur. Aİ-nin rəhbərliyində təmsil olunmuş, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru olmuş şəxslər insan hüquqularından, demokratiyadan, qanunlardan dəm vurduqları halda reallıqda fırıldaqçılıq, korrupsiya ilə məşğul imişlər.
Amma həmin qüvvələr unudurlar ki, artıq Cənibi Qafqaz regionunda yeni reallıqlar yaranıb. Azərbaycan Qarabağı işğaldan azad etməklə gücünü bütün dünyaya göstərib, Ermənistanda isə nəhayət, gec də olsa münaqişənin onlara zərərdən başqa heç bir şey verməyəcəyini anlayıblar. Bu səbəbdən də xarici anti-Azərbaycan dairələrinin apardıqları qərəzli kampaniyalar uğursuzluğa məhkumdur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Okamponun ifşası: "Paşinyan aradan qaldırılmalıdır"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
ADNA-da törədilən terror aktından 17 il ötür
-
WSJ: ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb
-
UEFA Çempionlar Liqası: "Atletiko" "Arsenal" ilə heç-heçə edib
-
Serbiya XİN: İsraillə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib













