Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq
"Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismar İdarəsi xidmət ərazilərində əsaslı təmir və payız-qış mövsümünə hazırlıqla bağlı tədbirləri davam etdirir.
Far.Az report-a istinadən verir ki, təsdiq olunmuş əsaslı təmir və kapital qoyuluşu proqramlarına uyğun olaraq, 25 iyul tarixində saat 10:00-dan etibarən Sumqayıt şəhərinin 16-cı mikrorayon, Corat qəsəbəsi, Corat və Novxanı bağları, eləcə də 52-ci məhəllə ərazilərində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Qazın verilişində yaranacaq fasilə həmin ünvanlarda yeni siyirtmələrin quraşdırılması və balans qovşaqlarında aparılan əsaslı təmir işləri ilə əlaqədardır. Bununla əlaqədar ümumilikdə 22 minə yaxın abonentin qaz təchizatında müvəqqəti kəsinti olacaq.
"Azəriqaz" İB vətəndaşlardan anlayış göstərmələrini xahiş edir və bildirir ki, işlər başa çatdıqdan dərhal sonra qaz təchizatı bərpa olunacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Naxçıvan Energetika Xidmətində payız-qış mövsümünə hazırlıqla bağlı kollegiya iclası keçirilib
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Araz-Naxçıvan"ın prezidenti Ceyhun Sultanov: "8 turun nəticələrindən razı qalmaq mümkün deyil"
-
Sumqayıtda mühafizəçi işlədiyi şirkətdən oğurluq etməkdə şübhəli bilinir
-
Qubada qaydaları pozan qazilər həbs edildilər
-
Elçin Yusubov Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
-
BDU-da Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi yaradılır
-
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb













