Xankəndidə sosial idarəetmədə rəqəmsal transformasiya mövzusunda beynəlxalq forum keçirilir
Xankəndi şəhərində "SOCGOV 2026 – Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" adlı beynəlxalq forum başlayıb.
"Report"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin təşkilatçılığı ilə baş tutub.
Forumda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, DOST Agentliyi İdarə Heyətinin sədri Fərid Məmmədov, Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan, həmçinin müxtəlif ölkələrdən rəsmi şəxslər, beynəlxalq ekspertlər və texnologiya şirkətlərinin təmsilçiləri iştirak edirlər.
Tədbirdə sosial idarəetmədə rəqəmsal transformasiya, süni intellekt əsaslı qərarvermə və vətəndaşyönümlü xidmət modelləri müzakirə ediləcək, TEDx formatında debatlar, tematik işçi qruplarının müzakirələri, paralel sessiyalar və tərəfdaş təşkilatların təqdimatları olacaq.
Forumun əsas məqsədi sosial xidmətlərdə süni intellekt və rəqəmsal analitikanın tətbiqi imkanlarını müzakirə etmək, dövlət-vətəndaş münasibətlərində əlçatanlığın, çevikliyin və şəffaflığın artırılması üçün innovativ həlləri müəyyənləşdirmək və beynəlxalq təcrübə mübadiləsini genişləndirməkdir.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Araz-Naxçıvan"ın prezidenti Ceyhun Sultanov: "8 turun nəticələrindən razı qalmaq mümkün deyil"
-
Sumqayıtda mühafizəçi işlədiyi şirkətdən oğurluq etməkdə şübhəli bilinir
-
Elçin Yusubov Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
-
Qubada qaydaları pozan qazilər həbs edildilər
-
BDU-da Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi yaradılır
-
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb













