Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 15 %-ə yaxın artıb
Far.Az xəbər saytı

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 15 %-ə yaxın artıb


Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 36 lisenziya verib.

"Far.Az"un yerli bürosunun məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 % çoxdur.

Bundan başqa, 9 ay ərzində Naxçıvanda müvafiq qurumların verdiyi 5 662 icazə reyestrdə qeydiyyata alınıb, verilmiş icazələr əsasında dövlət büdcəsinə 130 min manat vəsait daxil olub.

Hesabat dövründə Muxtar Respublikada yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 212 layihə icra olunub. Bu layihələrdən 40-ı yeni yaradılma, 172-si isə mövcud layihələrin genişləndirilməsi üzrə həyata keçirilib. Eyni zamanda, 39-u yaradılma və 48-i genişləndirmə olmaqla, ümumilikdə 88 layihənin icrası davam etdirilib.

Layihələrin maliyyələşdirilməsi dövlət dəstəyi və özəl investisiyalar hesabına həyata keçirilib. İcra olunan 212 layihədən 191-i Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə reallaşdırılıb.

Oxşar xəbərlər

Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər