Sumqayıtlı müəllim Türkiyədə qəfil vəfat etdi
Far.Az xəbər saytı

Sumqayıtlı müəllim Türkiyədə qəfil vəfat etdi


Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Əliyeva Gülnarə Nizami qızı Türkiyədə vəfat edib.

Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, G.Əliyeva turist kimi səfərə getdiyi ölkədə elə həmin gün qəfil dünyasını dəyişib.

Onun dəqiq hansı səbəbdən həyatını itirməsi məlum olmasa da, müəllimin vəziyyətinin pisləşdiyi və çatdırıldığı xəstəxanada öldüyü bildirilir. 

Məlumata görə, G.Əliyeva bir neçə il əvvəl oğlunu itiribmiş.

Son bir ildir adıçəkilən məktəbdə çalışan pedaqoq daha əvvəl uzun müddət Texniki Təbiət Elmləri Liseyində ibtidai sinif müəllimi və direktor müavini kimi fəaliyyət göstərib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər