Prezidentin köməkçisi: ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyirik
Far.Az xəbər saytı

Prezidentin köməkçisi: ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyirik


Azərbaycan ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyir.

Far.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Minsk Qrupu 30 il ərzində uğursuz diplomatik fəaliyyət göstərdi və münaqişənin həlli üçün heç bir real perspektiv təklif etmədi:

"Biz, həmçinin ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyirik. Onlar 30 il ərzində uğursuz diplomatik fəaliyyət göstərdilər və münaqişənin həlli üçün heç bir real perspektiv təklif etmədilər. Hazırda ərazi üzərində real sülh mövcuddur".

H.Hacıyev əlavə edib ki, hazırda Ermənistan və Azərbaycan arasında aparılan danışıqlarda təzminat məsələsi yoxdur:

"Lakin Azərbaycan bütün ziyanların düzgün qiymətləndirilməsini aparıb. Ermənistan beynəlxalq hüququ açıq şəkildə pozub, 30 il ərzində Azərbaycan torpaqlarını işğal edib və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyib. Onlar şəhər və kəndlərimizi tamamilə dağıdıblar. BMT metodologiyası əsasında apardığımız qiymətləndirməyə görə ziyanın məbləği 150 milyard ABŞ dolları civarındadır".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində yanvar üçün qəbul cədvəli açıqlanıb
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində noyabr üçün qəbul cədvəli açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər