Türk mədəniyyətində qadının söz sahibi olduğunu sübut edən ritual
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
Far.Az xəbər verir ki, "Türk mədəniyyətində qadının söz sahibi olduğunu sübut edən ritual" adlı buraxılışda filologiya üzrə fəlsəfə doktoru Nailə Əskər Qərbi Azərbaycan toy adətlərində qədim türk rituallarına əməl olunmasından söz açıb.
O bildirib ki, gəlinin sulanması su inancının müqəddəsliyi ilə bağlıdır: "Toy günü qayınata-qayınana gəlinin qarşısında güləşirdi. Güləşdə qayınatanı yıxmaq üçün bütün qohumlar birləşirdi. Minillik türk inancı olan gəlinin sulanması, toyda bəy anası ilə atasının güləşməsi qadının söz sahibi olmasına işarə və qadın hakimiyyətinin simvolu idi. Gəlin qəndləri evin 4 küncünə qoymalıdır ki, ailə möhkəm olsun. Bir sözlə, türk mədəniyyətində qadının söz sahibi olduğunu sübut edən rituallar çoxdur".
Onun sözlərinə görə, yas mərasimində avazla bayatı demək müalicəvi məqsəd daşıyırdı: "Yasda 3, 7, 40 və 52 günün dərin mənası, ritualı və hər birinin öz yeməyi var. Yas mərasimində bayatı demək vacib idi.".
Türkün yaddaşının aşıq yaradıcılığında yaşadığını deyən N.Əskər insanın bayatılarla sağalmasının mümkünlüyünə, gəlini evə salmaq üçün qayınanaların minnət etməsinə, gəlinin evə girişinin qədim türklərdə mistik məna daşımasına da aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qərbi Azərbaycan Xronikası: Ölüyə ehsan verilməsi türk adətlərində vacibdir
Qərbi Azərbaycan Xronikası: “Qədim türklərin astronomik təqvimi həyat tərzi ilə bağlı idi”
"Xocalı. Son toy..." – Report Media Məktəbinin tələbələri film barədə yazır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək
-
69 minlik dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana təhvil verildi
-
Azərbaycanda əl işlərinin elektron satışından əldə edilən gəlirlərə vergi yoxlaması tətbiq ediləcək
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Azərbaycan I rübdə 5 milyon tondan çox neft ixrac edib
-
Bakıxanovda şadlıq sarayının fəaliyyəti dayandırılıb













