Qarabağ və Şərqi Zəngəzur son bir ayda 500 mindən artıq ziyarətçi qəbul edib
Qarabağ və Şərqi Zəngəzur son bir ayda 500 mindən artıq ziyarətçi qəbul edib.
Far.Az xəbər verir ki, azad edilmiş ərazilərə səfər edən yarım milyon insan arasında yerli sakinlər və Vətənə qayıdan ailələrlə yanaşı, müxtəlif ölkələrdən gələn turistlər, sahibkarlar, investorlar, mədəniyyət və media nümayəndələri, eləcə də, digər xarici qonaqlar yer alıb.
Qeyd edək ki, bu fakt özlüyündə bölgədə yaranmış təhlükəsiz, müasir və dinamik mühitin təsdiqidir. İnsanlar oraya təkcə ziyarət üçün yox, həm də yaşamaq, sərmayə qoymaq, investisiya imkanlarını araşdırmaq üçün gedirlər. Bu, eyni zamanda, azad edilmiş ərazilərin artıq fəal proseslərin getdiyi dövrə qədəm qoyduğunu, bölgənin gələcək iqtisadi, mədəni və turizm potensialının nə qədər böyük olduğunu və reallaşdırılmağa başladığını göstərir.
İqtisadiyyatın canlanmasında, xüsusilə kənd təsərrüfatının, sənaye və xidmət sahələrinin bərpası və inkişafı mühüm rol oynayır. Dövlət tərəfindən yaradılan infrastruktur, əlverişli investisiya mühiti regiona daxili və xarici investorların marağını artırır ki, bu da gələcəkdə yeni iş yerlərinin açılması və sosial rifahın yüksəlməsini təmin edən amillərdir. Turizmin sürətli inkişafı da bölgə iqtisadiyyatına ciddi təkan verir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













