DVX, AMB və KOBİA-nın məlumat bazaları arasında elektron mübadilə olacaq
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX), Azərbaycan Mərkəzi Bankı (AMB) və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumat bazaları arasında elektron mübadilə məqsədi daşıyan texniki imkanın yaradılması istiqamətində iş aparılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə bunu qurumun rəis müavini Samirə Musayeva "Biznesə daxilolma" İşçi qrupunun iclasında bildirib.
Onun sözlərinə görə, məqsəd fəaliyyəti xüsusi qanunvericilik aktları ilə tənzimlənən hüquqi şəxslərin qeydiyyata alınması ilə bağlı digər dövlət orqanlarının verdiyi sənədlərin elektron qaydada qeydiyyat orqanına təqdim olunmasıdır.
Vergi rəsmisi qeyd edib ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması proseslərinin elektronlaşması, asanlaşması və reyestrin proaktivliyinin təmin edilməsi məqsədilə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və "Notariat haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" qanun layihələri hazırlanıb. Layihələrdə təsis payının özgəninkiləşdirilməsi (alğı-satqı, bağışlama müqavilələri və s.) və yüklü edilməsi ilə bağlı müqavilələrin proaktiv olaraq qeydiyyat orqanının notariat orqanından alması və reyestrdə müvafiq dəyişikliklərin qeydə alınması nəzərə alınıb. Hazırda həmin sənədlər razılaşma mərhələsindədir.
Oxşar xəbərlər
Azərbaycanda kommersiya qurumlarının qeydiyyatı istiqamətində islahatlar və rəqəmsal yeniliklər - TƏHLİL
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan “Biznesə daxilolma” indikatoru üzrə yeni Yol Xəritəsi hazırlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Burhanəddin Duran və Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib
-
BMT: Livan qaçqınlarının bir qismi evlərinə qayıdıb
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb













