Səhiyyə nazirliyinin rəhbər heyəti Zərifə Əliyevanın məzarını ziyarət edib
Far.Az xəbər saytı

Səhiyyə nazirliyinin rəhbər heyəti Zərifə Əliyevanın məzarını ziyarət edib


Səhiyyə naziri Teymur Musayev və nazirliyin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib.

"Far.Az" xəbər verir ki, ziyarət zamanı Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarları önünə gül dəstələri qoyulub.

Zərifə xanım Əliyevanın anadan olmasından 103 ili münasibətilə əziz xatirəsi ehtiramla yad edilib.

Həmçinin, ziyarət zamanı görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Naxçıvanda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar şəhid məzarları ziyarət edilir
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər