Aİ Yaxın Şərqdə gərginliyi azaltmağa çağırıb
Far.Az xəbər saytı

Aİ Yaxın Şərqdə gərginliyi azaltmağa çağırıb


Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta Yaxın Şərqdəki müharibənin artıq əhali, infrastruktur və dünya iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb olduğunu bildirib və təcili olaraq gərginliyi azaltmağa və danışıqlara çağırıb.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Koşta Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Kipr, Livan və Suriya prezidentləri Nikos Xristodulides, Cozef Aun və Əhməd əş-Şəraa ilə birgə mətbuata verdiyi açıqlamada bildirib.

Koşta vurğulayıb ki, Avropanın təhlükəsizliyi regiondakı vəziyyətlə sıx bağlıdır və Brüssel beynəlxalq hüquq əsasında münaqişənin həlli üçün diplomatik səyləri dəstəkləməyə hazırdır.

Aİ Şurasının rəhbəri ABŞ və İran, eləcə də Livan və İsrail arasında atəşkəs rejiminin uzadılmasını alqışlayıb. Bununla yanaşı, Koşta uzunmüddətli həllə nail olmaq üçün danışıqların davam etdirilməsinin vacibliyini qeyd edib. O, həmçinin Hörmüz boğazının heç bir məhdudiyyət olmadan dərhal açılmasına çağıraraq gəmiçilik azadlığını "bütün dünya üçün həyati əhəmiyyətli" adlandırıb.

Aİ rəsmisi Livandakı vəziyyətlə bağlı da narahatlığını ifadə edib və hakimiyyətin "Hizbullah"ın fəaliyyətini məhdudlaşdırmaq istiqamətində atdığı addımları dəstəklədiyini bildirərək bunun sabitləşmənin əsas elementi olduğunu qeyd edib.

Koşta, həmçinin Misir, İordaniya və Fars körfəzi ölkələri də daxil olmaqla, regional tərəfdaşlarla əməkdaşlığın vacibliyini qeyd edib, Aİ-nin enerji infrastrukturunun bərpası və qlobal bazarların sabitləşməsində iştirak etməyə hazır olduğunu vurğulayıb.

Öz növbəsində, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ABŞ və İran, həmçinin Livan və İsrail arasında atəşkəsin uzadılmasının mühüm addım olduğunu bildirib, lakin dayanıqlı sülhə nail olmağın zəruriliyini vurğulayıb.

O qeyd edib ki, istənilən razılaşma İranın nüvə və raket proqramları məsələlərini nəzərə almalıdır və bunları regional təhlükəsizliyin əsas amili adlandırıb.

Fon der Lyayen eyni zamanda, Aİ-nin Suriya, İordaniya və Misirlə əməkdaşlığının dərinləşməsinə, o cümlədən yeni investisiya və siyasi təşəbbüslərin hazırlanmasına diqqət çəkib.

"İki həftədən sonra biz Suriya və Aİ arasında yüksək səviyyəli ilk siyasi dialoqa ev sahibliyi edəcəyik ki, bu da gələcəkdə mümkün assosiasiya sazişinin bağlanmasına yol açacaq. Biz bundan sonra da ölkə iqtisadiyyatının dirçəldilməsini və cəmiyyətinin barışığını dəstəkləyəcəyik", - o qeyd edib.

Avropa Komissiyasının rəhbəri Fars körfəzi ölkələri ilə tərəfdaşlığın genişləndirilməsi və infrastruktur layihələrinin inkişafı planlarından da xüsusi bəhs edib. Xüsusilə ixrac infrastrukturunun şaxələndirilməsi üçün, yəni yalnız Hörmüz boğazı vasitəsilə ixracdan asılı qalmamaq məqsədilə:

"İndi IMEC - "Hindistan-Yaxın Şərq-Avropa" iqtisadi dəhlizi kimi nəqliyyat əlçatanlığını təmin edən ümidverici layihələri irəli sürməyin əsl vaxtıdır."

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər