"CBC Sport"un baş redaktoru: "Texniki problem Şimali Makedoniya tərəfi ilə əlaqədar idi"
"Şkendiya" ilə "Qarabağ"ın oyunundan öncə Şimali Makedoniya tərəfi bizə bildirmişdi ki, şərhçi üçün xüsusi yer ayrılacaq, lakin oyuna bir saat qalmış problemlə üzləşdik və onu aradan qaldırmağa çalışdıq".
BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında "CBC Sport" kanalının baş redaktoru Şəmsəddin Abbasov bildirib.
"Oyundan öncə Şimali Makedoniya tərəfi bizə bildirmişdi ki, şərhçi üçün xüsusi yer ayrılacaq. Lakin matça təxminən bir saat qalmış texniki problemlə üzləşdiklərini dedilər və ehtiyat plan hazırlamağımızı istədilər. Biz də bu səbəbdən Ramiz Mirzəzadəni ehtiyat şərhçi kimi saxladıq. Oyun başladığı zaman Şimali Makedoniyada olan şərhçimiz Mustafa Kamalın efirə qoşulmasında texniki problem yaşandı. Nəticədə digər əməkdaşımız oyunu şərh etdi. Bu problem qarşı tərəfin ötürdüyü siqnalla bağlı idi".
Şəmsəddin Abbasov oyunun yayım keyfiyyətinin aşağı olması ilə bağlı məsələyə də aydınlıq gətirib:
"Oyunun yayım keyfiyyəti qarşı tərəfin ötürdüyü siqnal ilə birbaşa əlaqəlidir. Biz ölkə daxilində keçirilən avrokubok matçlarını futbolsevərlərə keyfiyyətli və peşəkar şəkildə təqdim etməyə çalışırıq. "CBC Sport" kanalında çalışan bütün əməkdaşlar öz sahələrində peşəkardır və işlərinin öhdəsindən layiqincə gəlirlər. İndiyədək Avropaya ötürdüyümüz siqnallarla bağlı heç bir problem yaşanmayıb və hansısa narazılıq daxil olmayıb. Əksinə, "CBC Sport"un yayımı beynəlxalq standartlara cavab verir və biz bundan sonra da daha yaxşısını etməyə çalışacağıq. Təbii ki, bəzən texniki problemlər yaşana bilər, lakin bu, hər zaman belə olmur".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub













