ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə "Dərnəgül" stansiyasının tikintisinə başlayıb
Far.Az xəbər saytı

ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə "Dərnəgül" stansiyasının tikintisinə başlayıb


"Azərbaycan Dəmir Yolları" (ADY) QSC Abşeron dairəvi dəmiryol marşrutu üzrə "Dərnəgül" stansiyasının tikintisinə başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq ADY-dən məlumat verilib.

"Layihə çərçivəsində stansiyada dörd ədəd platforma, iki ədəd turniket binası inşa olunacaq.

Tikinti işlərinin 2025-ci ilin sonunda başa çatdırılması planlaşdırılır.

Dərnəgül ərazisində eyniadlı stansiyanın tikintisində məqsəd sərnişin daşımalarının səmərəliliyini artırmaqla yanaşı, Abşeron dairəvi marşrutu üzrə nəqliyyat xidmətlərinin daha geniş əhali təbəqəsi üçün əlçatanlığını təmin etməkdir", - deyə ADY-dən bildirilib.

Oxşar xəbərlər

Azərbaycan Dəmir Yolları: 145 illik zəfər marşrutu və geosiyasi uğur hekayəsi
Neft sisternlərindən transkontinental qatarlara: Azərbaycan dəmir yollarının inkişaf yolu və nailiyyətləri
ADY "Çin Dəmir Yolları" ilə Anlaşma Memorandumu imzalayıb - YENİLƏNİB
ADY-nin fəaliyyətində rəqəmsal həllərin tətbiqi - Keçmişdən gələcəyə
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər