"Assist Finance İnvestisiya Şirkəti" dövlətə 5 milyon manat borc verib
Bu ilin əvvəlindən "Assist Finance İnvestisiya Şirkəti" ASC Maliyyə Nazirliyinin 4,855 milyon manatlıq istiqrazlarını əldə edib.
"Report" bu barədə maliyyə qurumuna istinadən xəbər verir.
Məlumata görə, "Assist Finance" və nazirlik arasında xüsusi əhəmiyyətli əqdlərin bağlanılması investisiya şirkətinin səhmdarlarının ötən il sentyabrın 15-də keçirilmiş ümumi yığıncağının qərarı əsasında baş tutub.
Xatırladaq ki, "Assist Finance İnvestisiya Şirkəti" 2018-ci ildən fəaliyyət göstərən "BTB Kapital İnvestisiya Şirkəti" ASC-nin hüquqi varisidir. Bu maliyyə qurumunu bir qədər əvvəl bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş "Bank BTB" ASC yaradıb, sonradan onu investisiya şirkətinin keçmiş direktoru Ruslan Cəfərova satıb. Bundan bir qədər sonra o, direktor vəzifəsindən gedib və maliyyə qurumuna rəhbərliyi indiyə qədər müavini olan Cəfər İbrahimliyə həvalə edib.
Oxşar xəbərlər
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr
-
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb
-
Sabunçuda kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq
-
"Politico": Ekspertlər Trampın ritorikası səbəbindən neft bazarındakı gərginliyin daha da pisləşəcəyini gözləyirlər
-
Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur













