Vaşinqton görüşü sülh prosesinə öz töhfəsini verəcək - RƏY
Vaşinqton görüşü sülh prosesinə öz töhfəsini verəcək.
BAKU.WS xəbər verir ki, bunu Report-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
"Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda həm ABŞ Prezidenti Donald Trampla ikitərəfli, həm də üçtərəfli görüşü nəzərdə tutulur. Bu görüşlər olduqca vacibdir, çünki faktiki olaraq Ermənistan rəhbərliyi Tramp qarşısında üzərinə öhdəlik götürəcək", - o əlavə edib.
Ekspert vurğulayıb ki, Azərbaycan - Ermənistan danışıqlarında son vaxtlar ciddi irəliləyiş müşahidə olunur:
"Vaşinqton görüşü də sülh prosesinə öz töhfəsini verəcək. Burada müəyyən sənədlərin imzalanması gözlənilir, ancaq həmin sənədin sırf sülh müqaviləsi olacağını demək olmaz. Bilmək lazımdır ki, Ermənistan Konstitusiyasını dəyişmədikcə Azərbaycan onunla sülh müqaviləsini imzalamayacaq. Belə olan təqdirdə ən yaxşısı o ola bilər ki, sülh müqaviləsi paraflansın və sülh müqaviləsi ilə bağlı niyyət protokolu imzalansın".
Zaur Məmmədov
Z.Məmmədovun sözlərinə görə, bu sənədlərlə Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə sülh müqaviləsinə gedən yolda son addımı atacaqlar.
"Bu görüşlə bağlı digər mühüm məqam Zəngəzur dəhlizidir, bu, ABŞ üçün də olduqca vacibdir. Bəzi ölkələr bunu özləri üçün təhdid hesab etsələr də, Zəngəzur dəhlizinin açılması Avrasiyanın orta xəttində ciddi şəkildə dəyişiklik edəcək. Bu dəyişikliklər kommunikasiyanın, nəqliyyatın daha da yaxşılaşdırılmasından ibarətdir", - deyə siyasi şərhçi bildirib.
Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, Vaşinqton görüşündə Tramp hər şey edəcək ki, Azərbaycanla Ermənistan arasında ortaq məxrəcə gəlinsin:
"Ancaq onu da qeyd etmək lazımdır ki, gələn həftə Rusiya və ABŞ liderləri arasında görüşün keçirilməsi nəzərdə tutulur. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun dünən Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub. Ona görə də Cənubi Qafqazın gələcək taleyi ilə bağlı məsələdə ABŞ-Rusiya dialoquna da şahidlik edə bilərik. Onların verəcəkləri qərar regiona öz təsirini göstərəcək".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyində provayderlərin məsuliyyəti xüsusi əhəmiyyət daşıyır
-
Günəşlidə 4 maşın toqquşub
-
Regionun taleyini dəyişəcək proses: Bakı və Ankaradan tarixi layihə
-
Arazda batan məktəblinin axtarışları üçün çayda suyun səviyyəsi endirilib
-
Lisey və gimnaziyalara qəbul üçün elektron qeydiyyat başlayır
-
Dünya Çempionatı öncəsi komandaları narkotik itləriylə YOXLADILAR













