Azərbaycan Prezidentinin Ağ Evdəki görüşləri canlı yayımlanacaq
Far.Az xəbər saytı

Azərbaycan Prezidentinin Ağ Evdəki görüşləri canlı yayımlanacaq


Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Evdə görüşləri olacaq.

Far.Az xəbər verir ki, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla görüşü yerli vaxtla saat 15:20-də (Bakı vaxtı ilə 23:20) nəzərdə tutulub.

Yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 00:00) ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək.

ABŞ Prezidenti ötən gün "Truth" hesabında bu görüşü Sülh Sammiti adlandırıb və səbirsizliklə gözlədiyini bildirib. O həmçinin bu günü Azərbaycan, Ermənistan, ABŞ və bütün dünya üçün tarixi gün kimi dəyərləndirib.

Azərbaycan Prezidentinin görüşlərini aşağıdakı keçidlərdən canlı izləmək olar:

https://youtube.com/@whitehouse?si=xPOdX0lCjaZzBAii

https://x.com/whitehouse

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər