Çin mediası Azərbaycan ilə Ermənistan liderlərinin Vaşinqton görüşünü diqqətdə saxlayır
Çinin nüfuzlu media qurumları Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında Vaşinqtonda keçiriləcək görüşünü diqqətdə saxlayır.
Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, milli xəbər agentliyi Sinxua, Çin Media Qrupuna aid Çin Mərkəzi Televiziyası (CCTV), nüfuzlu Çin Xəbər Xidməti və Çaysin internet nəşrləri, onlarla populyar xəbər saytları ABŞ Prezidenti Donald Trampın hər iki ölkənin liderini görüş üçün Vaşinqtona dəvət etdiyini yazır.
Məqalələrdə Donald Trampın "Truth Social" platformasında etdiyi paylaşıma istinad olunub, liderlərin üçtərəfli görüşünün regionda sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın və rifahın təşviqi üçün xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Çin mediası Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları ilə yanaşı, Birləşmiş Ştatların Ermənistan və Azərbaycan ilə ikitərəfli iqtisadi razılaşmalar imzalamaq niyyətindən də söz açıb. Bundan başqa, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizi məsələsinə də toxunulub, dəhlizin gələcəkdə yük və sərnişin daşımalarını təmin etmək məqsədilə dəmir yolu, neft və qaz boru kəmərləri, eləcə də optik internet xətlərini əhatə edəcəyi diqqətə çatdırılıb.
Məqalələrdə Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin tarixi barədə də məlumat verilib.
Qalereya
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
Çin mediası Azərbaycan Prezidentinin dövlət səfərinə geniş yer ayırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













