Tarixdə NADİR ŞƏXSLƏRƏ təqdim olunan rəmzi açar: Trampın İlham Əliyevə mesajı nədir?
Far.Az xəbər saytı

Tarixdə NADİR ŞƏXSLƏRƏ təqdim olunan rəmzi açar: Trampın İlham Əliyevə mesajı nədir?


ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham ƏliyevəAğ Evin rəmzi açarını təqdim etməsi diplomatiya tarixində xüsusi məna daşıyan nadir hadisələrdən biridir.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Ağ Evin rəmzi açarı yüksək etimadın və dostluğun ifadəsi hesab olunur.

Tarixdə bu açar çox az şəxsə verilib. Məsələn, Donald Tramp bu simvolik hədiyyəni daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahuya və "SpaceX" şirkətinin rəhbəri İlon Maska təqdim edib.

Rəsmi Vaşinqton bu jesti tərəflər arasında strateji tərəfdaşlıq münasibətlərinin və şəxsi hörmətin ifadəsi kimi qiymətləndirir. Azərbaycan Prezidentinə təqdim olunan açar da ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin rəmzi hesab olunur. Sadə dillə desək, bu açar, əslində, qapı açmır, ürəkləri və münasibətləri açan bir simvoldur.

Xatırladaq ki, Ağ Evin rəmzi açarı İlham Əliyevə Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumu imzalandıqdan sonra Donald Tramp tərəfindən təqdim edilib. ABŞ lideri təqdimetmə zamanı: "Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm", - deyə bildirib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyevin ABŞ səfəri: Yeni geosiyasi reallıqların təntənəsi - TƏHLİL
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər