NATO Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq səylərini alqışlayır
Şimali Atlantika Alyansı (NATO) Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayır.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Allison Hart sosial şəbəkələrdə yazıb.
"Biz Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması istiqamətində əldə olunan irəliləyişi alqışlayırıq və sülhün əldə edilməsinə verdiyi töhfəyə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edirik", - o qeyd edib.
Hartın sözlərinə görə, bu, münasibətlərin normallaşması prosesində irəliyə doğru atılmış mühüm addımdır, eyni zamanda ümumilikdə regional təhlükəsizlik üçün atılan addımdır.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" sazişi paraflayıblar.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Vaşinqtonda Azərbaycan KİV nümayəndələrinə müsahibə verib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir













