Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Far.Az xəbər saytı

Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm


Davamlı sülh təkcə Azərbaycan və Ermənistanın sabitliyi və firavanlığı üçün deyil, həm də bütün Cənubi Qafqaz regionu üçün lazımdır.

Far.Az report-a istinadən xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Maksim Prevo deyib.

"Prezident Əliyevin (Azərbaycan Prezidenti İlham Əliyev - red.) və Baş nazir Paşinyanın (Ermənistanın Baş naziri Nikol Paşinyan - red.) cəsarətini və liderliyini hörmətlə qarşılayır və yüksək qiymətləndirirəm.

Bu razılaşmanın əldə olunmasında ABŞ-nin konstruktiv rolunu da qeyd etmək lazımdır", - o sosial şəbəkələrdə yazıb.

Belçika Avropa İttifaqı ilə birlikdə iki ölkə arasında münasibətlərin normallaşdırılmasına və razılaşdırılmış addımların sürətli və vicdanla həyata keçirilməsinə sadiq qaldığını bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" sazişi paraflayıblar.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər