İsveç mətbuatı Azərbaycan və Ermənistan liderlərinin Donald Tramp ilə görüşündən yazıb
İsveçin geniş oxucu auditoriyasına malik olan nəşrləri – "Dagens Nyheter", "Svenska Dagbladet", "Aftonbladet", "SVT Nyheter", "Omni" və "Expressen" Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidenti Donald Tramp ilə Ağ evdə Birgə Bəyannamənin imzalandığı görüşünü işıqlandırıb.
Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "Svenska Dagbladet"in yazdığına görə, tərəflər hərbi əməliyyatları həmişəlik dayandırmaq, ticarəti, turizmi inkişaf etdirmək və diplomatik münasibətlər qurmaq, habelə bir-birinin sərhədlərinə hörmət etmək barədə razılığa gəliblər. Qəzet Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək ticarət və tranzit dəhlizinin, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun yaradılmasına xüsusi diqqət yetirir. Nəşrin məlumatına görə, dəhlizin adını erməni tərəfi təklif edib. ABŞ Bakı ilə hərbi əməkdaşlığa qoyulan məhdudiyyətləri də aradan qaldırıb.
"Dagens Nyheter" nəşri qeyd edir ki, saziş 1990-cı illərin əvvəlindən bağlanmış nəqliyyat marşrutlarının bərpasına yol aça bilər.
"Aftonbladet" müqavilənin şərtlərini təfərrüatı ilə qeyd edib, hərbi məhdudiyyətlərin aradan qaldırılmasını, Azərbaycana birbaşa yardımı qadağan edən 1992-ci il qanununun 907-ci maddəsinin dayandırılmasını, Ermənistan və Azərbaycanın Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək niyyətini vurğulayır.
"Omni" xəbər saytının məlumatında qeyd olunur ki, Avropa Şurası və Avropa Komissiyasının birgə bəyanatında razılaşmaya görə hər iki tərəfə və ABŞ administrasiyasına yüksək qiymət verilib və təşəkkür edilib. Məqalədə xatırladılır ki, Ermənistanla Azərbaycan arasında onilliklər ərzində münaqişə var, İrəvan son illərdə Aİ-yə yaxınlaşır, Azərbaycan isə Avropaya mühüm qaz təchizatçısıdır.
Qalereya
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
İlham Əliyev Vaşinqtonda Azərbaycan KİV nümayəndələrinə müsahibə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir













