Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir
Far.Az xəbər saytı

Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir


Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında sərəncam imzalayıb.

Far.Az xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti Sumqayıt şəhərinin Sülh prospektində yerləşən, "Azərboru" ASC-nin istifadəsində, dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 26,6676 ha torpaq sahəsinin icarəyə vermək hüququ ilə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilməsi ilə bağlı 3 ay müddətində tədbirlər görüb dövlət başçısına məlumat verməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyəti bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Sülh əleyhinə və digər ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər