Ukrayna səfiri: Kiyev növbəti yardıma görə Azərbaycana minnətdardır
Far.Az xəbər saytı

Ukrayna səfiri: Kiyev növbəti yardıma görə Azərbaycana minnətdardır


Ukrayna göstərilən növbəti humanitar yardım üçün Azərbaycana minnətdardır.

Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Sumqayıtda bu ölkəyə növbəti humanitar yardımın göndərilməsi mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Mən Ukrayna üçün çox vacib və zəruri olan bu yardım və dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz bu elektrik avadanlıqlarını bütün elektrik sistemimizin bərpası üçün istifadə edirik", - diplomat bildirib. O vurğulayıb ki, bu, cari il ərzində elektrik avadanlıqlarından ibarət ikinci yardım paketidir.

Səfir vurğulayıb ki, Ukrayna Azərbaycanın dəstəyini qiymətləndirir və həmişə ölkənin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

"Biz Azərbaycanın da tariximizin bu ağır dövründə bizi dəstəkləməsini qiymətləndiririk", - o əlavə edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Səfir: Ukrayna üçün COP29 xüsusi əhəmiyyət kəsb edir
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər