Baku TV İlham Əliyevin Vyetnamın tarixi məkanlarını ziyarət etməsi ilə bağlı süjet hazırlayıb
Far.Az xəbər saytı

Baku TV İlham Əliyevin Vyetnamın tarixi məkanlarını ziyarət etməsi ilə bağlı süjet hazırlayıb


Baku TV Prezident İlham Əliyevin Vyetnamın tarixi məkanlarını ziyarət etməsi ilə bağlı süjet hazırlayıb.

Prezident İlham Əliyev Vyetnama rəsmi səfəri çərçivəsində Hanoy şəhərində İnqilab Şəhidlərinin Abidəsini və Ho Şi Min Muzeyini ziyarət edib.

Dövlət başçısı İnqilab Şəhidlərinin Abidəsinin önünə əklil qoyub. Hanoy şəhərinin mərkəzində, Ba Din meydanının yaxınlığında yerləşən və Bak Son Memorialı kimi tanınan abidə Vyetnamın müstəqilliyi və azadlığı uğrunda həyatını itirən qəhrəmanların xatirəsinə ucaldılıb. 1993-cü ildə inşasına başlanılan memorial 1994-cü ildə tamamlanıb.

Abidənin memarlığında ənənəvi Vyetnam üslubu ilə müasir elementlər birləşdirilib. Bu məkan ölkənin azadlıq mübarizəsinin, xalqın qəhrəmanlıq və fədakarlıq tarixinin rəmzlərindən biri hesab olunur.

Hanoyda, Ba Din meydanının yaxınlığında yerləşən muzey Vyetnamın müasir tarixini, Ho Şi Minin həyat və fəaliyyətini, onun rəhbərlik etdiyi milli azadlıq mübarizəsini əks etdirir. Burada tarixi fotoşəkillər, sənədlər, şəxsi əşyalar və müxtəlif eksponatlar vasitəsilə Ho Şi Minin həyat yolu və Vyetnamın müstəqillik uğrunda mübarizəsi nümayiş olunur. Muzeyin memarlığı da xüsusi diqqət çəkir.

Ağ lotus formasında inşa edilən bina Vyetnam xalqının Ho Şi Minə ehtiramını, saflıq və sadəlik ideyalarını simvolizə edir. 1990-cı il mayın 19-da, Ho Şi Minin anadan olmasının 100-cü ildönümündə açılan muzey bu gün ölkənin ən çox ziyarət edilən tarixi məkanlarından biridir.

Baku TV-nin Vyetnama ezam olunmuş əməkdaşı Xatirə Məmmədova sözügedən tarixi məkanlar barədə məlumat verib.

Oxşar xəbərlər

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Xocalı Soyqırımı Memorialı: Tarixi yaddaşımızı əbədiləşdirən yeni məkan - FOTOREPORTAJ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər