Samir Abasov: "Neftçi"nin mövsümə hazırlığı yüksək səviyyədə keçib"
Far.Az xəbər saytı

Samir Abasov: "Neftçi"nin mövsümə hazırlığı yüksək səviyyədə keçib"


"Neftçi" komandasının mövsümə hazırlığı yüksək səviyyədə keçib.

Far.Az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib.

"Komandada vəziyyət yaxşıdır. Hazırlığımız yüksək səviyyədə keçib. Çempionatdakı təzyiqi anlayırıq. Adımız hədəfdir. Adımıza görə oynayacağıq. Bu hədəflə oynasaq, mövsümün sonunda istədiyimizə çatacağıq", - mütəxəssis vurğulayıb.

O, heyətdə çox dəyişiklik etdiklərini söyləyib:

"Bu, təsirsiz ötüşməyəcək. Hər şeyin yaxşı olacağına inanırıq. Məncə, yaxşı və keyfiyyətli oyunçuları heyətə cəlb etmişik".

Abasovun fikrincə, çempionatda üç komandanın Şamaxıda oynaması onları həddindən artıq narahat edir.

O, transfer işlərinin hələ də davam etdiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, Misli Premyer Liqasında 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək. "Neftçi" avqustun 16-da, saat 20:00-da "Şamaxı"nı qəbul edəcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Samir Abasov: "Sanki "Neftçi"dən heç getməmişdim"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər